Bakıda restoranda polisin reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı

Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.

Hadisə Türkan qəsəbəsində qeydə alınıb. Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb.

O, ağır vəziyyətdə - boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.///Apa

Tarix
29 İyun 2020 [10:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-29 10:25:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin