Bakıda 2 qardaş avtoservisi qarət etdi

09:24 - 29 İyun 2020 - HADİSƏ

Bakıda avtoservisdən oğurluq edən şəxs yaxalanıb.

Hadisə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən avtoservisdə baş verib. Naməlum şəxs ordadan 5 min manatlıq ehtiyat hissələri oğurlayıb.

Nizami rayon Polis İdarəsindən 23-cü Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Bərdə rayon sakinləri, əvvəllər məhkum olunmuşlar 1963-cü il təvəllüdlü Telman Rəhimov və onun qardaşı 1982-ci il təvəllüdlü Sənan Rəhimov tutulub.

Faktla bağlı araşdırma aparılır.///trend

 

Xəbər xətti