Millət vəkili Biləsuvar gəncləri ilə onlayn görüş keçirdi- Foto

16:27 - 28 İyun 2020 - Xəbər

Millət vəkili Bəhruz Məhərrəmov Biləsuvar rayon gəncləri ilə videokonfrans şəklində görüş keçirib

Ucnoqta.az xəbər verir ki, Biləsuvar rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə əvvəlcə magistraturaya qəbul olmuş, sonra isə Respublika Fənn Olimpiadasının final turunda yüksək nəticə göstərmiş rayon şagirdləri ilə videokonfrans şəklində görüş keçirilib.

Millət vəkili görüşdə gənclərin hər birini ayrılıqda təbrik edərək, fikirlərini dinləyib, onlara təklif və tövsiyyələrini çatdırıb.
Görüşdə iştirak edən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov da tələbələri təbrik edib.
Qeyd edək ki, 05.06.2020 və 09.06.2020- ci il tarixlərdə keçirilmiş Respublika Fənn Olimpiadalarında Biləsuvar təmsilçilərindən 1 nəfər ikinci, 3 nəfər isə üçüncü yer tutub.


Xəbər xətti