İranın Səudiyyə Ərəbistanındakı ABŞ Şahzadə Sultan Hava Bazasına endirdiyi zərbə nəticəsində bir ABŞ yanacaq tankeri məhv edilib, üçü isə zədələnib.
Ucnoqta.az xəbər verir ki, Bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari İran dövlət televiziyasına bildirib.
Onun sözlərinə görə, dünən gecə Əl-Xərcdəki bazada ABŞ qoşunlarının yerləşdiyi yer İslam İnqilabı Keşikçiləri Korpusunun raket və pilotsuz təyyarə əməliyyatının hədəfi olub. Bu uğurlu əməliyyatda bir yanacaq tankeri tamamilə məhv edilib, digər üç təyyarə isə zədələnib və sıradan çıxarılıb.