Faktiki hava- şimşək çaxıb, yağış yağıb

İyunun 28-i səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata əsasən, düşən yağışın miqdarı Gədəbəydə 10, Daşkəsən, Naxçıvanda 8, Göygöldə 6, Şahdağda 5, Tərtər, Ağdam, Sədərəkdə 3, Şərur, Şahbuz, Ağdərə (Ordubad), Zərdab, Lerik, Balakəndə 2, Gəncə, Şəmkir, Tovuz, Zaqatala, Xaltan, Bərdə, İmişli, Sarıbaş (Qax), Xınalıq, Yardımlıda 1 mm olub. Səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, yağış yağıb. Külək tədricən mülayimləşib.

Havanın temperaturu iqlim normasından 1.7 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, aran rayonlarında 24-28, dağlıq rayonlarda 16 dərəcəyədək, Naxçıvan MR-da 29-32 dərəcə isti olub.

Tarix
28 İyun 2020 [13:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-28 13:03:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin