Ağdaşda restoran açılışı edən obyekt sahibi həbs olundu

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin biryerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə biryerə toplaşdıqlarını bildiriblər.
Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub, digərləri isə cərimələniblər.

Tarix
28 İyun 2020 [12:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-28 12:04:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin