Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
23:35 - 17 İyun 2020 - Xəbər
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 17-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 397 399 test aparılıb. Aktiv xəstə sayı 4 783 nəfərdir, onlardan 146 nəfər reanimasiyadadır, 29 nəfər isə süni tənəffüs aparatına qoşulub.