Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu

11:18 - 14 Avqust 2025 - HADİSƏ

Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsindən məlumat verilib.

Məlumata görə, idarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Mirəliyev Kamal Mehman oğlu saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Mirəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib.

Xəbər xətti