Gəncədə ər arvadını bıçaqladı

19:39 - 7 Dekabr 2025 - Xəbər

Gəncədə bıçaqlanma olub.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarların birinin yaxınlığında baş verib. Şəhər sakini 1993-cü  il təvəllüdlü E.Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Xəbər xətti