Nigeriya Hərbi Hava Qüvvələri ölkədə baş verən uğursuz çevriliş cəhdindən sonra hava kəşfiyyatı üçün Beninə qırıcı təyyarə göndərib.
Ucnoqta.az bildirir ki, Vanguard qəzeti təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, Nigeriya qırıcı təyyarəsi artıq Beninin hava məkanında patrul xidmətinə başlayıb.
Mənbələrə görə, bu addım regionda potensial təhlükəsizlik təhdidlərini qiymətləndirmək və Nigeriyanın milli maraqlarının qorunmasını təmin etmək üçün qabaqlayıcı tədbirdir.
Nəşr yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadən bildirir ki, təyyarə artıq Beninə yerləşdirilib. Nigeriya hadisələrin inkişafını yaxından izləyir və potensial riskləri qiymətləndirir. Bu, hücum əməliyyatı deyil, dəyişən vəziyyətə strateji cavabdır.