Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

23:35 - 17 İyun 2020 tarixində dərc olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 17-nə olan statistik göstəriciləri açıqlayıb. Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 397 399 test aparılıb. Aktiv xəstə sayı 4 783 nəfərdir, onlardan 146 nəfər reanimasiyadadır, 29 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Müəllif: