Sabahın hava proqnozu açıqlanıb

13:21 - 16 İyun 2020 - Xəbər

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iyunun 17-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü gözlənilir. Küləyin maksimal sürəti 15-18 m/s, iyunun 16-da arabir 20-23 m/s olacaq. Bununla əlaqədar temperaturun aşağı enəcəyi, çoxillik normaya yaxın 30-33, həftənin sonunda 35 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında 34-39, dağlıq rayonlarda 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 17-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər xətti