İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Livanın cənubunda magistral yola hücum edərək, "Hizbullah" hərəkatının silahlı qanadının bir üzvünü öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Hadassa-Haris magistralının Tir şəhəri yaxınlığında baş verib. O, pilotsuz təyyarənin iki raket atdığı avtomobildə olub.