Teymur Mustafayevin dəfnində iştirak edən 7 nəfər cərimələnib

19:49 - 13 İyun 2020 - Xəbər

Xalq artisti Teymur Mustafayevin dəfn mərasimində iştirak edərkən xüsusi karantin rejiminin qaydalarını pozan 7 nəfər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev APA-ya bildirib ki, dəfn vaxtı orada təqribən 30 nəfər şəxs olub: “Onların əksəriyyəti mərhumun yaxın qohumları və doğmaları olub. Həmin şəxslərdən 7 nəfərinin karantin qaydalarını pozduqları müəyyən edilib və barələrində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar”.

Xəbər xətti