Mingəçevirdə avtomobil piyadaları vurub, 2-si ölüb, 3-ü xəsarət alıb - Foto - YENİLƏNİB

17:49 - 12 İyun 2020 - HADİSƏ

Mingəçevirdə baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.

Qəzada xəsarət alan piyadalardan daha biri xəstəxanada ölüb.

***
saat 17:24

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Məlumata görə, “Mercedes” markalı minik maşını “Hyundai” markalı avtomobillə toqquşub. İdarəetmədə çıxan “Mercedes” yol kənarındakı piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 4-ü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. ///Apa


Xəbər xətti