Ermənistanda fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadıldı

13:11 - 12 İyun 2020 - Xəbər

Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, qərar Ermənistan hökumətinin bu gün keçirilən növbədənkənar iclası zamanı verilib. “Bununla fövqəladə vəziyyət rejimi üçüncü dəfə uzadılır, lakin bu rejimin tətbiqinə ehtiyac hələ də qalmaqdadır”, - deyə Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyan vurğulayıb.

Bildirilib ki, uzadılmaya səbəb yoluxma hallarının sayının yüksək olması olub.

Qeyd edək ki, Ermənistanda martın 16-dan tətbiq olunan fövqəladə vəziyyət rejimi sonuncu dəfə iyunun 13-nə qədər uzadılmışdı.

Xəbər xətti