Bakıda ev yanır

11:23 - 12 İyun 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti