Arvadını qətlə yetirən şəxsin istintaqı başa çatıb

09:18 - 12 İyun 2020 - HADİSƏ

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nicat Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, qətl ötən ilin oktyabrında Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.

Şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparan zaman aralarında mübahisə yaranıb. Nəticədə N.Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.

Bu vaxt N.Məmmədovun atası N.Məmmədov oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan N.Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.///Apa

Xəbər xətti