“WhatsApp”da yeni funksiya yaradılır

08:19 - 12 İyun 2020 - DİGƏR

“WhatsApp” messencerinin yaradıcıları mesajı tarixə görə tapmağı imkan verəcək yeni funksiyanı yoxlayırlar.

“Report” bu barədə “WABetaInfo” portalına istinadən xəbər verir. Yenilik axtarışın keyfiyyətini artıracaq.

Xüsusilə, istifadəçilər mesajın göndərilmə və ya qəbul tarixini seçməklə istədiyi mətni tez bir zamanda tapa biləcəklər.
Bundan əvvəl, “WhatsApp” messenceri qrup zəngləri istifadəçilərinin limitini iki dəfə artırıb.

 

Xəbər xətti