İsmayıllıda avtoqəza olub, 3 nəfər xəsarət alıb

12:41 - 11 İyun 2020 - HADİSƏ

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Muğanlı-İsmayıllı-Qəbələ yolunda "VAZ 2107" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Qalacıq kənd sakinləri, 1972-ci il təvəllüdlü Babayev İdris Salam oğlu, 1962-ci il təvəllüdlü Babayev Şəmsəddin Nəcməddin oğlu və 2012-ci il təvəllüdlü Şıxıyev Sahil Ramil oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İdris Babayevin vəziyyəti ağır olduğu üçün sonradan Respublika Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.///Apa

Xəbər xətti