Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

11:14 - 11 İyun 2020 - Xəbər

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. 

Məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinin rəisi təyin edilib.

O, bundan öncə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Kəpəz (Gəncə) RPİ-ə isə rəis vəzifəsinə hələlik təyinat olmayıb. ///report

Xəbər xətti