Qiyas İbrahimov 50 manat cərimələnib

18:37 - 10 İyun 2020 - HADİSƏ

İctimai fəal Qiyas İbrahimov cərimələnib.

Nizami rayon Məhkəməsi Q.İbrahimovun 50 manat cərimə olunmasına dair qərar çıxarıb.

Xatırladaq ki, Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək üçün qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. Polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində o xilas edilib.///Apa

Xəbər xətti