Azərbaycanda buraxılış imtahanları keçirilir

11:05 - 10 İyun 2020 - Xəbər

Azərbaycanda şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları başlayıb.

İmtahanlar şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3284 imtahan zalında keçirilir.

İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi cəlb olunub.

İmtahanlarda 25597 şagirdin (abituriyentin) iştirakı nəzərədə tutulur.///report

 

Xəbər xətti