Rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu məsələyə hələ indiki mərhələdə baxılmır: "İyun ayının 15-dən etibarən Naxçıvandan reyslərə icazə veriləcək. Hələlik, bu reyslər həftədə 2 dəfə həyata keçiriləcək. Növbəti mərhələdə isə reyslərin sayı artırıla bilər".