Hacıqabulda intihara cəhdin qarşısı alınıb - VİDEO

17:43 - 9 İyun 2020 - HADİSƏ

Hacıqabulda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunda dəmiryolu stansiyasının ərazisində 1 nəfər hündürlüyü təxminən 30 m olan konstruksiyanın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.///Apa

Xəbər xətti