Bakıda çoxmərtəbəli binada yanğın olub

14:47 - 9 İyun 2020 - HADİSƏ

Bakı şəhərinin Nizami rayonunda, çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 55 m² olan mənzildə ev əşyaları 20 m² sahədə yanıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.///report

Xəbər xətti