İmişlidə evdən 10 min manatlıq oğurluq edilib

14:05 - 9 İyun 2020 - HADİSƏ

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarışları tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Məlumata görə, onlardan biri - Elbrus Allahyar oğlu Muradov rayon sakini Qismət Abbasova məxsus evdən 5 000 manatlıq qızıl-zinət əşyaları, 4 000 manat və 650 ABŞ dolları aparıb.

Bundan başqa, Umud Umudlu və Qəzənfər İsaqlı iki baş iribuynuzlu heyvan oğurlayarkən saxlanılıblar.

Hər üç faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.///report

Xəbər xətti