Abşeronda zeytunluq yanıb, zəhərlənən var - Foto

11:21 - 9 İyun 2020 - HADİSƏ

Abşeron rayonunda zeytun bağında yanğın olub, bir nəfər zəhərlənib.

Məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.
Üzümlük yaşayış massivində Sədayət Xanlarova məxsus 3 hektar ərazidə əkilmiş zeytun bağı yanıb. Əraziyə

FHN-nin yanğınsöndürənləri cəlb olunub.

Alovun yaxınlıqda evlərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülsə də, bağ tamamilə yanıb. Yanğın zamanı 3 mindən çox zeytun ağacı və damlama üsulu ilə quraşdırılan su boruları məhv olub.

Hadisə zamanı bağ sahibinin oğlu Emin Xanlarov tüstüdən zəhərlənib. O, Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti