Keçmiş məhkum qəbiristanlıqda bıçaqlandı

10:45 - 9 İyun 2020 - HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə iyunun 8-i saat 21 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.
Ramana qəsəbə sakini, 1983-cü il təvəllüdlü İlham Nağıyev naməlum şəxs tərəfindən bıçaqlanıb. İ.Nağıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, cinayəti törədən şəxsin aşkar edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərərçəkən İ.Nağıyev əvvəllər məhkumluq həyatı yaşayıb.///qafqazinfo

Xəbər xətti