Azərbaycanda koronavirusa daha 323 nəfər yoluxub, 5 nəfər ölüb

18:57 - 8 İyun 2020 - Xəbər

Azərbaycanda 323 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb. ///report


 

Xəbər xətti