Göyçay bazarında baş verən yanğın söndürülüb

18:09 - 8 İyun 2020 - HADİSƏ

Göyçay rayonunda köhnə meyvə-tərəvəz və geyim əşyaları bazarı kimi tanınan "Göyçay-Bazar" ASC-nin ərazisində başlanan yanğın FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.

Hadisə zamanı ümumi sahəsi 100 kvadratmetr olan 5 mağaza yanıb, 2400 kvadratmetr ərazi alovdan mühafizə edilib, yanğının genişlənməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Mağaza sahiblərinə xeyli maddi ziyan dəyib.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.///Apa

 

Xəbər xətti