Azərbaycanda karantin rejimini pozan yüksək vəzifəli şəxs işdən çıxarıldı

15:03 - 8 İyun 2020 - Xəbər

Bərdə Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi işdən çıxarılıb.

Baş həkim Hüseynov Həsən Fərman oğlu bu gün tutduğu vəzifədən azad edilib. H.Hüseynovun yerinə hələlik təyinat olmayıb.
Faktı TƏBİB-dən təsdiq ediblər.

Qeyd edək ki, onun işdən çıxarılmasına karantin qaydalarına əməl etməməsi, eləcə də, Diaqnostika Mərkəzində bir neçə işçinin koronavirusa yoluxması səbəb olub.///oxu.az

Xəbər xətti