AZAL bilet satışını bərpa edib

14:55 - 8 İyun 2020 - Xəbər

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib. 

“Report” bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir. Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır.

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi. 

Xəbər xətti