Mingəçevirdə 15 yaşlı qız intihara cəhd edib

10:15 - 8 İyun 2020 - HADİSƏ

Mingəçevirdə lisey şagirdi intihara cəhd edib.

Hadisə Kür çayı üzərindəki nəqliyyat körpüsü üzərində baş verib. 2005-ci il təvəllüdlü şəhər sakini Gülşən Azər qızı Ataşova özünü körpüdən çaya atıb. "ASAN Xidmət"in Mingəçevir filialında mühafizə bölməsində çalışan Elşən Aslanov çaya atılaraq batan şəxsi xilas edib. İntihara cəhdin səbəbi məlum deyil.

Qız Texniki Humanitar Liseyin  9-cu sinfində oxuyur. ///Apa

Xəbər xətti