Xüsusi karantin rejimini pozan 1168 nəfər inzibati məsuliyyətə cəlb edilib

11:19 - 7 İyun 2020 - Xəbər

Son sutkada inzibati məsuliyyətə cəlb olunanların sayı açıqlanıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 6-sı saat 00:00-dan ayın 7-si saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1083 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 85 nəfər olmaqla ümumilikdə 1168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Xəbər xətti