Qardaşının qatilini ürəyindən bıçaqladı: Sumqayıtda dəhşətli cinayətin təfərrüatı

09:58 - 7 İyun 2020 - HADİSƏ

Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.  

Xeberle.com-un ilkin məlumatına görə, hadisə pul borcu üstündə baş verib. Namiq Rəhimov mübahisə zəminində Zöhrab Qasımovu bıçaqlayaraq öldürüb. Qardaşının öldüyünü görən T.Qasımov bıçaqla Namiqin ürəyindən vurub. Tofiq Qasımova isə N.Rəhimovun kimliyi məlum olmayan tanışı kəsici alətlə ağır xəsarətlər yetirib. Həmin şəxsin hadisə yerindən qaçdığı deyilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər xətti