Sumqayıtda kütləvi bıçaqlanma- ölən və yaralanan var (Yenilənib)

23:19 - 6 İyun 2020 - HADİSƏ

Sumqayıt şəhərinə baş verən kütləvi bıçaqlanmada xəsarət alan və ölənlərin kimliyi məlum olub.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb. Z. Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

22:19

Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.


Hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb. Gənclər arasında düşən mübahisə zamanı Namiq adlı şəxs ürəyindən bıçaqlanaraq öldürülüb. Digər bıçaq yarası alan Zöhrab Qasımov isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır, digər şəxslərin kimliyi müəyyənləşdirilir.///report

Xəbər xətti