Kürdəmirdə 20 yaşlı gənc süni göldə batıb

18:55 - 6 İyun 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Sovla kəndində, süni göldə 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun batması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

Xəbər xətti