Kür çayında 18 yaşlı oğlan batıb - FHN axtarır

19:46 - 5 İyun 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Bərdə rayonunun Nazırlı kəndi ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlunun batması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xəbər xətti