Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olundu

15:52 - 5 İyun 2020 - Xəbər

Azərbaycan Premyer Liqasının oyunlarında bəzi qadağalar tətbiq olunacaq.


Bu barədə PFL-in çempionat və kubok oyunları ilə bağlı təlimatında bildirilib.

Belə ki, oyunun startından əvvəl salamlaşmaq, vımpel dəyişmək, kollektiv şəkil çəkdirmək, hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunub.

Bundan başqa, fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunub (ciddi zərurət olmadığı təqdirdə). Komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu, növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.

Oyunçulara qol sevincini fərdi qeyd etmək tövsiyə olunub. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.

Matçdan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunub./report

Xəbər xətti