TƏBİB alış-veriş edənlərə müraciət etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla əlaqəli həftəsonu qadağaları əsas gətirərək alış-veriş edənlərə bir daha müraciət edib. 

Müraciətdə alış-veriş zamanı insanların özlərini qorumaq tövsiyə olunub:
Qeyd olunub ki, mmkün olduqca onlayn alış-verişə üstünlük verilməli, alış-verişə ailədən bir nəfər göndərməli, pik saatlarda mağazaya getməkdən çəkinməli və yaşayış yerinə yaxın mağazaya getmək lazımdır.

Eyni zamanda xəstə olan şəxsin mağazaya getməməsi, mağaza daxilində asqırarkən və ya öskürərkən ağız və burnu salfetlə örtmək və ya dirsək bükümündən istifadə etmək bildirilib. Maska taxmaq və heç bir halda çıxarmamaq, əllə üzə toxunmamaq, digərləri ilə fiziki məsafə saxlamaq, ödəniş edilən kartı dezinfektantla təmizləmək, ödənişdən sonra spirt tərkibli dezinfektantla əlləri təmizləmək və evə qayıtdıqda əlləri mütləq su və sabunla yumaq məsləhət görülüb. ///report

Tarix
5 İyun 2020 [11:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-05 11:39:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin