Kişi arvadını bıçaqlayıb polisə təslim oldu

09:55 - 5 İyun 2020 - HADİSƏ

Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.

Məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Rayonun Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. R.Dadaşov hadisəni törədəndən sonra Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.///trend

Xəbər xətti