"ABAD"ın sayca beşinci "food hall"-u açılıb

14:22 - 4 İyun 2020 - Xəbər

3 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ağcabədi “ASAN Həyat” kompleksi və onun nəzdində fəaliyyət göstərən “ABAD Food Hall”-un açılışı baş tutub.

Ağcabədi “ABAD Food Hall” sayca 5-ci sərgi-satış salonudur. Burada ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsullarının sərgi-satışı təşkil ediləcək.
Xatırladaq ki:

- İmişli “ABAD Food Hall” 2018-ci il 22 oktyabr;
- Şəki “ABAD Food Hall” 2018-ci il 29 oktyabr;
- Şamaxı “ABAD Food Hall” 2019-cu il 5 dekabr;
- Kürdəmir “ABAD Food Hall” isə 2020-ci 12 fevral tarixində fəaliyyətə başlayıb.


Xəbər xətti