Moskva metrosunda qəza: Qatar tunelin divarına çırpıldı - Foto

11:05 - 4 İyun 2020 - Xəbər

Rusiya paytaxtında metropolitendə qatar tunelin divarına çırpılıb.

MK qəzeti qəza yerindən görüntüləri yayımlayıb. Məlumata görə, “Planernoye” elektrodeposunda “Moskva” qatarı divarı dəlib. Toqquşma qatar saatda beş kilometr sürətlə hərəkət edərkən baş verib.

Mənbədən qəzetə bildirilib ki, qəzaya maşinistin “KTR” (rezerv əyləcə nəzarət) düyməsini basmağı unutması səbəb olub.
Hadisə nəticəsində zərər çəkən yoxdur.///oxu.az


Xəbər xətti