Binəqədidə 2-3 hektar sahə yanır

14:47 - 3 İyun 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı, Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb. 

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qurumları məlumatlandırılıb. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Xəbər xətti