“Formula 1” Azərbaycanda keçiriləcək?- Təqvim AÇIQLANDI

14:34 - 2 İyun 2020 - İDMAN

“Formula 1” üzrə dünya çempionatının cari mövsüm üçün cədvəli açıqlanıb.

Bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-Prisinin adı siyahıda yoxdur. Avstriya və Böyük Britaniyada iki yarış keçiriləcək. Azarkeşsiz baş tutacaq rəsmi təsdiqlənmiş səkkiz yarış bunlardır:

Avstriya Qran-Priləri (3-5, 10-12 iyul), Macarıstan Qran-Prisi (17-19 iyul), Böyük Britaniya Qran-Priləri (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya Qran-Prisi (14-16 avqust), Belçika Qran-Prisi (28-30 avqust), İtaliya Qran-Prisi (4-6 sentyabr).

Qalan yarışların cədvəli daha sonra açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinin sentyabrın sonlarında keçiriləcəyi ehtimal edilir. Lakin Bakı Şəhər Halqası yarışı azarkeşsiz keçirmək istəmir. Bu səbəbdən də bu il Bakıda yarış keçirilməyə bilər.///Oxu.az

Xəbər xətti