Bakı metrosunda İNSİDENT: polislə sərnişin arasında dava düşdü - VİDEO

Bakı metrosunda polislə sərnişin arasında mübahisənin təfərrüatı bilinib.

Hadisə ötən gün axşam saatlarında baş verib. Sərnişinlə polis arasında yaşanan dava səbəbindən qatarın stansiyadan hərəkətinə icazə verilməyib. Ümumilikdə, qatarların intervalında üç dəqiqəyə qədər gecikmə olub. Polis əməkdaşları tərəfindən qatardan çıxarılan şəxs barəsində isə İnzibati Məhkəmə tərəfindən qərar çıxarılıb.

11:46

Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.  Paylaşım edən şəxs hadisənin ötən gün “Qara Qarayev” stansiyasında baş verdiyini qeyd edib.
İddiaya görə, metronun “Qara Qarayev” stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaranıb.
Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub. Polisin hansı səbəbdən sərnişinlə mübahisə etməsi və onu qatardan çıxarmağa çalışması məlum deyil.

İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Polis əməkdaşı ona yaxınlaşaraq, profilaktik söhbət aparıb, onun karantin qaydalarına riayət etməsini xahiş edib.

Tarix
2 İyun 2020 [12:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-02 12:04:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin