Paşinyanla ailəsi koronavirusa yoluxdu

10:25 - 1 İyun 2020 - DÜNYA

Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Bu barədə hökumət rəhbərinin özü feysbuk hesabında canlı yayımda məlumat verib.

Paşinyan test nəticələrinin pozitiv çıxdığını açıqlayıb:
“Dünən məlum oldu ki, koronavirus infeksiyası üçün verdiyim test pozitiv olub. Heç bir simptomum yox idi, amma səfərə getməli olduğum üçün testdən keçməyə qərar verdim. Bütün ailə üzvlərinin test nəticələri müsbət çıxdı. Aydındır ki, ailə üzvlərim məndən yoluxublar”.

O, işinə iqamətgahında davam edəcəyini qeyd edib.///qafqazinfo

Xəbər xətti