İranda zəlzələ olub

07:42 - 1 İyun 2020 - DÜNYA

İranın cənubunda yerləşən Fars vilayətinin Honc şəhəri ətrafında 3,5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 04:29-da 2 km dərinlikdə qeyd alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib. Qeyd edək ki, 7 mayda İranın Tehran vilayətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Xəbər xətti