Yevlaxda yol qəzası olub, yaralananlar var

14:32 - 31 May 2020 - HADİSƏ

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 


Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır./report

Xəbər xətti